Azərbaycan mehmanxanalarında gecələmələrin sayı 25 % artıb
2024-cü ildə Azərbaycandakı mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2023-cü illə müqayisədə 25,1 % artaraq 4 milyon 282,8 min olub.
"Far.Az" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, gecələmələrin ümumi sayının 60,9 %-i Bakıda, 4,6 %-i Xaçmazda, 4,5 %-i Naftalanda, 4,5 %-i Qusarda, 4,2 %-i Qəbələdə, 4 %-i Qubada, 3,6 %-i Şabranda, 2,5 %-i Lənkəranda, 1,2 %-i Şamaxıda, 1,1 %-i Masallıda, 1 %-i Qaxda, 1 %-i Naxçıvan Muxtar Respublikasında və 6,9 %-i digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb.
İl ərzində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 26 % artaraq 2348 min olmuşdur ki, bu da ümumi gecələmələrin 54,8 %-ini təşkil edir. Gecələmələrin ümumi sayının 19,6 %-i Hindistan, 13,1 %-i Rusiya, 7,8 %-i Səudiyyə Ərəbistanı, 7,3 %-i Türkiyə, 5,9 %-i Birləşmiş Ərəb Əmirlikləri, 3,8 %-i ABŞ, 2,8 %-i Qazaxıstan, 2,8 %-i Küveyt, 2,6 %-i Pakistan, 2,4 %-i Böyük Britaniya, 2,4 %-i İsrail, 2,2 %-i Özbəkistan, 2,1 %-i Çin, 1,4 %-i Almaniya, 1 %-i İtaliya,1 %-i Gürcüstan, 21,8 %-i isə digər ölkələrin vətəndaşlarının payına düşüb.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 81,4 %-i Bakıda, 4,6 %-i Qusarda, 4,4 %-i Qəbələdə, 3,9 %-i Naftalanda, 3,2 %-i Qubada, 0,6 %-i Şabranda, 1,9 %-i isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.
Hesabat dövründə Azərbaycan vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 24,2 % artaraq 1 milyon 934,8 min olub ki, bu da ümumi gecələmələrin 45,2 %-ni təşkil edir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan mehmanxanalarının gəlirləri 42 % artıb
Azərbaycan hotellərinin gəlirləri 27 % artıb
Azərbaycandakı 5 ulduzlu hotellərdə orta qiymət 39 % artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hərbi xidmət haqqında qanunvericiliyə edilmiş son dəyişikliklərin icrasına başlanılıb
-
"Çətin vəziyyətdəyik, qazımız yoxdur" - Qubada KRİTİK DURUM
-
"Euronews" Bakıda keçiriləcək WUF13 barədə reportaj hazırlayıb
-
"Ulduz" metrostansiyasının ətrafındakı yol yararsız haldadır
-
11 illik buraxılış imtahanının nəticələri elan olunub
-
Məhsulların orijinal və ya saxta olduğunu necə bilək?













