İsrail Ordusu İordan çayının qərb sahilində antiterror əməliyyatına başlayıb
İsrail Müdafiə Qüvvələri (İMQ) İordan çayının qərb sahilinin şimalındakı Tulkərm şəhərində antiterror əməliyyatına başladığını elan edib.
“Far.Az” xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin açıqlamasında bildirilir.
“Bir müddət əvvəl Yəhudeya və Samariyada (İsrail İordan çayının qərb sahilini belə adlandırır – red.) terrorla mübarizə tədbirləri çərçivəsində İMQ və İsrail Sərhəd Polisi Qüvvələri Tulkərimdə antiterror əməliyyatına başlayıblar”, - məlumatda deyilir.
İsrail ordusu həmçinin Fələstinin radikal HƏMAS hərəkatının Tulkərmdəki səhra komandiri Əhəd Əbu Ativinin hava zərbəsi nəticəsində məhv edildiyini açıqlayıb.
“Onun məhv edilməsi İsrail ordusunun Samariyanın şimalında terror şəbəkələrinə qarşı həyata keçirdiyi intensiv antiterror əməliyyatlarının bir hissəsidir”, - məlumatda deyilir.
Qurumdan qeyd edilib ki, Əbu Ativi ilə yanaşı, daha bir silahlı radikal öldürülüb.
Xatırladaq ki, yanvarın 21-də İsrail ordusunun mətbuat xidməti İsrail təhlükəsizlik qüvvələrinin İordan çayının qərb sahilinin şimalındakı Cenin şəhəri ərazisində genişmiqyaslı antiterror əməliyyatına başladığını bildirmişdi. Əməliyyata “Dəmir divar” adı verilib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Qazaxın azad olunan kəndlərində Azərbaycan bayrağı dalğalanır - Ermənistanla sərhəddən REPORTAJ
İsrail Müdafiə Qüvvələri HƏMAS briqadasının dörd səhra komandirinin məhv edildiyini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib
-
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb













