Azərbaycan və Dünya Bankı AZURE-nin qiymətləndirilməsini müzakirə edib
Azərbaycan və Dünya Bankı arasında "Azərbaycanda Bərpa Olunan Enerji Mənbələri Hesabına Elektrik Enerjisi İstehsalının Genişləndirilməsi Layihəsi” (AZURE) ilə bağlı müzakirələr aparılıb.
Bu barədə “Far.Az” Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, Agentliyin İdarə Heyətinin sədri Samir Axundov energetika üzrə böyük mütəxəssis və tapşırıq qrupunun rəhbəri Rocer Koma Kunilin rəhbərliyi ilə ölkəmizdə səfərdə olan Dünya Bankının nümayəndə heyətini qəbul edib.
Görüşdə AZURE-nin iş həcminə edilmiş dəyişikliklər nəzərə alınmaqla onun qiymətləndirilməsi üzrə işlərin həyata keçirilməsi, habelə energetika sektorunun dəstəklənməsinə yönəlmiş texniki yardımın icra gedişatı müzakirə edilib.
Tərəflər tarif siyasəti ətrafında fikir mübadiləsi aparıb, həmçinin Dünya Bankının təklif etdiyi dəstək istiqamətləri və gələcək əməkdaşlığın davam etdirilməsi perspektivləri nəzərdən keçirilib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycanda məhsul və xidmətin qiymətini hansı qurum tənzimləyir?
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
2024-cü ilin BOEM reallığı: Azərbaycan "yaşıl enerji"nin inkişafı istiqamətində sıçrayış edir
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
AFFA Region Liqasına yeni formatda start verilib
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır













