Növbəti köç karvanı Ballıcaya çatıb, ailələrə mənzillərin açarları təqdim olunub - VİDEO - YENİLƏNİB-2
Ağdamdan bu gün yola salınan növbəti köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb.
“Report”un Qarabağ bürosunun verdiyi xəbərə görə, yeni ailələrə mənzillərin açarları təqdim edilib.
Mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyini təmsil edən şəxslər iştirak edib.
Qeyd edək ki, bugünkü köç karvanında 22 ailədən ibarət 94 nəfər yer alıb.
Ağdamdan bu gün yola salınan növbəti köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb.
“Report”un Qarabağ bürosunun verdiyi xəbərə görə, Ağdamdan yola düşən köç karvanında 22 ailədən ibarət 94 nəfər yer alıb.
Qeyd edək ki, köçürülən ailələr yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilən ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, Xocalı rayonunun Ballıca kəndinə növbəti köç yola salınıb.
“Report”un Qarabağ bürosunun məlumatına görə, Ağdamdan yola düşən köç karvanında 22 ailədən ibarət 94 nəfər yer alıb.
Köç karvanı respublikanın müxtəlif şəhər və rayonlarında ağır şəraitdə müvəqqəti məskunlaşmış ailələrdən ibarətdir.
Qeyd edək ki, bugünkü köç də daxil olmaqla Ballıca kəndinə ümumilikdə dörd köç karvanı gedib. Kənddə ümumilikdə 90 ailə (467 nəfər) məskunlaşıb.
Oxşar xəbərlər
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Bakıda Zəfər Günü münasibətilə hərbçilərin yürüşü keçirilib - VİDEO - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Starmer: Fransa və Britaniya Hörmüzdə müdafiə xarakterli hərbi missiyaya başlamağa hazırdır
-
Hikmət Hacıyev: Genişmiqyaslı layihələrə Ermənistanın tranzit ölkə kimi qoşulması mümkündür
-
BVF Venesuelaya maliyyə dəstəyi proqramı hazırlamağı planlaşdırır
-
Yunanıstan-Azərbaycan Hökumətlərarası Komissiyanın növbəti iclası oktyabrda Afinada keçiriləcək
-
Son bir həftədə ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 133 min manatdan çox ziyan dəyib - RƏSMİ
-
Soheyl Mahmud: Azərbaycan "D-8"in strateji baxışına əhəmiyyətli töhfə verməkdə qətiyyətlidir













