Babək Hüseynov: “Azərbaycanda qaz hasilatı artır, proqnozları üstələyir”
Azərbaycanda qaz hasilatı artır, proqnozları üstələyir. Bu sahənin uğuru ölkənin qaz yataqlarına strateji investisiyalarla təmin edilib.
“Far.Az” xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Babək Hüseynov Bakıda “IADC Drilling Caspian 2025” qazma konfransının açılışında bildirib.
Onun sözlərinə görə, neft hasilatı artıq hazır olan yataqların işlənməsi ilə bağlı azalma tendensiyası göstərir: "Amma biz bunu çağırış kimi deyil, innovasiya və transformasiya üçün bir fürsət kimi qəbul edirik. Qaz hasilatı göstəriciləri gözləntilərimizi üstələyir. Eyni zamanda Azərbaycan Avropanın əsas təchizatçısı və strateji tərəfdaşı kimi mövqeyini möhkəmləndirir".
SOCAR rəsmisi həmçinin vurğulayıb ki, ölkədə “Qarabağ”, “Əşrəfi - Dan Ulduzu – Aypara”, “Abşeron”, “Ümid” və “Azəri-Çıraq-Günəşli” (AÇG) blokunda “deep-gas” daxil olmaqla yeni neft-qaz layihələrinin reallaşdırılması davam edir.
"Bütün bu yataqlar resurs bazasına əhəmiyyətli töhfə verəcək, hasilat səviyyəsini sabitləşdirəcək və enerji resurslarının uzunmüddətli ixrac tədarükünü təmin edəcək", - o əlavə edib.
B.Hüseynov qeyd edib ki, bu layihələr SOCAR-ın davamlı inkişafına töhfə verir və Azərbaycana enerjiyə artan tələbatı ödəməyə davam etməyə imkan yaradır.
Oxşar xəbərlər
30 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda qazma üzrə beynəlxalq sərgi və konfrans keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
“Qarabağ” və “Əşrəfi -Dan Ulduzu–Aypara” neft yataqlarına dair Anlaşma Memorandumu imzalanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
AFFA Region Liqasına yeni formatda start verilib













