Şəkidə yaşayış məntəqələri və əkin sahələri sel sularından mühafizə olunur
Far.Az xəbər saytı

Şəkidə yaşayış məntəqələri və əkin sahələri sel sularından mühafizə olunur


Şəkidə yaşayış məntəqələri və əkin sahələri sel sularından mühafizə olunur. Həmçinin yaz-yay suvarmasına hazırlıq məqsədilə suvarma kanalları lildən təmizlənir.

Bu barədə "Report"un Şimal-qərb bürosuna Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.

Bildirilib ki, Şəki Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən selə qarşı mübarizə məqsədilə çay məcralarında mexanizmlərlə təmizləmə işləri aparılıb, həmçinin daş-beton mühafizə bəndlərində cari təmir işləri həyata keçirilib.

Bununla yanaşı, sel təhlükəsi olan Quruçayın yatağında təmizləmə işləri görülüb.

Qeyd edilib ki, təsərrüfatlararası və təsərrüfatdaxili suvarma kanallarında, ümumi uzunluğu 17,5 km olan Cəyirli torpaq kanalının 12 km-lik hissəsində, Əyriçay su anbarında lildən təmizləmə işləri yerinə yetirilib.

Oxşar xəbərlər

“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Şəkidə suvarma mövsümü yekunlaşıb, dağ çaylarında mühafizə tədbirləri görülür
Qaxda torpaq məcralı kanallar lildən təmizlənir, selə qarşı mübarizə tədbirləri aparılır
İsmayıllıda selə qarşı qabaqlayıcı tədbirlər görülür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər