Zelenskidən barışıq bəyanatı: Trampın rəhbərliyi altında işləməyə hazırıq
Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin davamlı sülhə nail olmaq üçün mümkün qədər tez danışıqlar masasına oturmağa çalışdığını bildirib.
"Report" xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.
"Heç kim sülhü Ukrayna xalqından daha çox istəmir. Davamlı sülhə nail olmaq üçün mən və komandam Prezident Trampın güclü rəhbərliyi altında işləməyə hazırıq. Müharibəyə son qoymaq üçün tez işləməyə hazırıq", - Zelenski vurğulayıb.
Ukrayna lideri münaqişənin həlli üçün ilk mümkün addımları qeyd edib: girovların azad edilməsi, səmada dərhal atəşkəs – raketlərin, uzaqmənzilli pilotsuz uçuş aparatlarının və mülki infrastruktura hücumların qadağan edilməsi, eləcə də Rusiyanın da eyni addımı atacağı təqdirdə dənizdə hərbi əməliyyatların dayandırılması.
Onun sözlərinə görə, Ukrayna bütün sonrakı mərhələləri sürətlə keçməyə və ABŞ ilə güclü yekun razılaşma əldə olunmasına ümid edir.
"Cümə günü Vaşinqtonda, Ağ Evdəki görüşümüz planlaşdırıldığı kimi olmadı. Təəssüf ki, belə alındı, bu, üzücü idi. Hər şeyi düzgün etmək vaxtıdır. İstərdik ki, gələcək əməkdaşlıq və kommunikasiyalar konstruktiv olsun. Minerallar və təhlükəsizlik üzrə sazişə gəlincə, Ukrayna onu istənilən vaxt və istənilən əlverişli formatda imzalamağa hazırdır. Biz bu sazişi təhlükəsizliyin möhkəmləndirilməsi və etibarlı təhlükəsizlik təminatlarının gücləndirilməsi istiqamətində bir addım hesab edirik", - Zelenski yazıb.
Oxşar xəbərlər
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib













