"Otdıx"da da nöqsanlar aşkarlandı - GÖRÜNTÜLƏR
Xətai rayonu, H.Salmani küçəsi 7 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Hacıyev Rza Rasim oğluna məxsus "Otdıx" restoranında AQTA əməkdaşları tərəfindən yoxlama keçirilib.
Qurumdan BAKU.WS-ə verilən məlumata görə, baxış zamanı iaşə müəssisəsinin mətbəx hissəsində havalandırma sisteminin mövcud olmadığı, sanitar-gigiyenik tələblərin pozulduğu, məhsulların saxlanması zamanı temperatur rejiminə əməl edilmədiyi, həmçinin istehlaka təqdim edilən heyvan mənşəli məhsulların (quş əti və balıqlar) müvafiq icazə sənədlərinin olmadığı, çalışan işçilərin tibbi müayinədən və gigiyenik təlimlərdən keçirilmədiyi müəyyən edilib.
Emal edilmiş məhsullardan və ətlərdən nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilməklə qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb.
Araşdırmalar davam etdirilir.
Xatırladaq ki, AQTA ötən gün Bakıda "Sərin" və "Xarı Bülbül" restoranlarında da nöqsanlar aşkarlandığı barədə məlumat yaymışdı.
Qalereya
Oxşar xəbərlər
Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
"Xarı Bülbül"də nöqsanlar aşkarlandı
"Sərin" şadlıq evində mənşəyi məlum olmayan məhsullar aşkarlanıb
Gəncədə antisanitar şəraitdə emal olunan quş əti məhsullarının satışının qarşısı alınıb
Bakıda qanunsuz fəaliyyət göstərən çiy dönər emalı müəssisəsi aşkarlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
Azərbaycan elektrik şəbəkələrini yeniləyir, enerji saxlama sistemləri qurur













