Polis Abşeron və Ucarda 30 kq narkotik aşkarlayıb
Far.Az xəbər saytı

Polis Abşeron və Ucarda 30 kq narkotik aşkarlayıb


Abşeron və Ucar rayonları ərazisində keçirilən xüsusi əməliyyatlarla əvvəllər dəfələrlə məhkum olunmuş şəxslər - 39 yaşlı İsmayıl Hümbətov, onunla əlbir olan 37 yaşlı Rəşad Mustafayev və 33 yaşlı Orxan Xəlilov tutulublar. Onlardan 30 kiloqrama yaxın tərkibi zərərli maddələrlə zənginləşdirilmiş marixuana, heroin və psixotrop maddə olan metamfetamin aşkarlanaraq götürülüb.

BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, hər üç saxlanılan şəxs ifadəsində narkotik vasitələri şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları vasitəsilə Füzuli və Biləsuvar rayonları ərazisindəki gizli yerlərdən götürdüklərini və maddi gəlir qazanmaq məqsədilə ayrı-ayrı ünvanlara çatdırmaq niyyətində olduqlarını etiraf ediblər.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, araşdırmalar aparılır.

İ.Hümbətov, R.Mustafayev və O.Xəlilovun daxil olduqları narkoşəbəkənin digər üzvlərinin də şəxsiyyətlərinin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Oxşar xəbərlər

Kəngərlidə narkotik vasitələr və psixotrop maddələr məhv edilib
Vətən müharibəsinin başlamasından 4 il ötür
Bakıda avtomobildə İrandan göndərilən 32 kq narkotik aşkarlanıb
Sumqayıtda İran vətəndaşının kuryerliyə cəlb etdiyi şəxsdən 50 kiloqram narkotik aşkarlanıb
İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər