İpotekaya çıxarılan mənzillərin qiyməti niyə artıb?
"İpotekaya çıxarılan mənzillərin qiyməti artıb".
BAKU.WS xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında əmlak eksperti Elnur Azadov deyib. Ekspert yazın gəlişi ilə ipoteka mənzil bazarında canlanma müşahidə edildiyini bildirib:
"Bazarda təkliflə tələb üst-üstə düşmür. Bu səbəbdən də bazara təzə çıxarılan əmlakların qiyməti yuxarıdır. Bazarda alış-veriş olmalıdır. Əgər bu yoxdursa, alıcı evini bazara hansı qiymətlə çıxarırsa, satıcı onu almağa məcbur olacaq".
Elnur Azadov bu gün bazarda ipotekaya yararlı əmlaklara təlabatın artdığını xatırladıb:
"Son illər bazarda ipotekaya yönəlmiş mənzillərin sayı çoxalıb. Mənzil bazarında qiymətlər bahalaşır. Vətəndaşlar bunu bildiyindən ipotekaya üstünlük verirlər. Məsələn, mənim ev almağa ehtiyacım var və mənzillər ilbəil bahalaşır. Son 4 il ərzində evlərin qiyməti 50% bahalaşıb. Bu, fantastik göstəricidir. Dayanmaq yoxdur. Amma vətəndaşların gəliri dəyişmir, sabit qalır. Bu səbəbdən də hamı çalışır ki, mənzili ipoteka yolu ilə alsın".
Ekspert ipoteka yolu ilə alınan mənzillərin bəlli bir müddətdə satışının mümkün olmadığını vurğulayıb:
"Yalnız ipoteka müddəti başa çatandan sonra evlər satışa çıxarıla bilər. Getdikcə bazarlarda əmlakların sayı azalır. Bir yandan da yeni binalar tikilmir, məsuliyyət yaranır. Bu səbəbdən də əmlak seçimində qiymət də dayanmadan qalxır".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Azərbaycanda bankların daxili ipoteka kreditləri üzrə standartlar sərtləşib, tələb azalıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İpoteka ilə ev almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb
-
Şotlandiyada minlərlə insan Sİ üçün data-mərkəzlərin tikintisinə qarşıdır
-
INL: Qərbi Balkanın cinayət şəbəkələri ABŞ vətəndaşları üçün təhlükə yaradır
-
Ammar Baxşalıyev batut gimnastikası üzrə dünya çempionatının finalına yüksəlib













