Alimlər: Yataqda telefonla keçən hər saat yuxusuzluq riskini 60%-ə qədər artırır
Sosial şəbəkələrdə vaxt keçirmək vərdişi yuxuya mənfi təsir göstərə bilər.
Far.Az xəbər verir ki, norveçli alimlər bununla bağlı "Frontiers in Psychiatry" jurnalında yeni araşdırma dərc ediblər. 18-28 yaş arası 45 mindən çox insanın iştirak etdiyi tədqiqatın nəticələrinə görə, yataqda telefon istifadəsi yuxunun müddətini azaldır və yuxusuzluq riskini artırır.
Araşdırmaya əsasən, yataqda telefonla keçən hər saat yuxunu 24 dəqiqə qısaldır və beynin rahatlanmasını çətinləşdirir. Bundan əlavə, yuxusuzluq riski 59% artır. Davamlı yuxusuzluq isə ürək-damar xəstəlikləri, diabet və yüksək təzyiq kimi xroniki xəstəliklərə yol aça bilər.
Alimlər bildiriblər ki, insanlar telefonlarını necə istifadə etmələrindən asılı olmayaraq, bu vərdiş onların yuxu keyfiyyətini pisləşdirir və yuxu müddətini azaldır.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bir qan testi qadında növbəti 30 il üçün infarkt və insult riskini proqnozlaşdıra bilər
Gecə yuxusuzluğunun səbəbləri: İnsanlar niyə yata bilmir?
Dünyada 820 milyondan çox insan diabetdən əziyyət çəkir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitly" "X"də kiber hücumun fəsadlarını aradan qaldırmağa çalışır
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
ABŞ HDQ-nin üçüncü təyyarədaşıyan gəmisi Yaxın Şərqə gəlib
-
Türkiyədə bir neçə ev yanıb, zərərçəkənlər var
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb
-
Sabah Bakıda bu ərazilərdə su olmayacaq













