Teleaparıcıya cinayət işi açıldı - Həbs oluna bilər
Far.Az xəbər saytı

Teleaparıcıya cinayət işi açıldı - Həbs oluna bilər


Plastik əməliyyat qalmaqalıyla gündəmə gələn teleaparıcı Fərqanə Gülağaqızına cinayət işi açılıb.

Far.Az Bakupost.az-a istinadən xəbər verir ki, plastik cərrah Sevinc Heydərovanın şikayəti əsasında Yasamal Rayon Məhkəməsi onu təqsirləndirilən şəxs kimi tanıyıb və Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət işi başlanılıb.

Sevinc Heydərovanın şikayətində göstərilir ki, Fərqanə Gülağa qızı Quliyeva onun haqqında həqiqətə uyğun olmayan məlumatlar yayıb, nüfuzuna və fəaliyyətinə zərbə vurub.

Qeyd edək ki, bu mövzu Xoşqədəm Hidayətqızının aparıcısı olduğu "Səni axtarıram" proqramında işıqlandırılıb. Uğursuz əməliyyat keçirdiyindən gileylənən Fərqanə xanım bildirib ki, 10 ay keçməsinə baxmayaraq, üzündə izlər qalıb. Halbuki həkim ona bu izlərin 6 ay ərzində keçəcəyini deyibmiş.

Onun sözlərinə görə, məsələ ilə bağlı ekspertizadan keçib və rəyi gözləyir: "Əməliyyat reklam qarşılığında olmuşdu. Ekspertiza deyir ki, bu, həkim səhvi deyil. Xırda kosmetoloji problemdir. Məsələyə hüquqi müstəvidə baxılacaq."

Sevinc Heydərova qadının üzündə yaranmış problemlərin əməliyyatın uğursuz və ya keyfiyyətsiz aparılması ilə əlaqədar olmadığını bildirib. O, problemin pasiyentin həkimin tövsiyələrinə əməl etməməsi və lazımi prosedurları yerinə yetirməməsi səbəbindən yarandığını qeyd edib. Buna baxmayaraq, həkim problemin aradan qaldırılmasına razı olduğunu bildirib. Aparıcı isə məsələni ictimailəşdirərək ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsini tələb edib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Əməliyyat zamanı antisanitariya? - Cərrah döşəmədə qığırdaq əzdi
Bu il ən yüksək nəticə göstərib ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər