Yerə 15 mərtəbəli bina böyüklüyündə asteroid yaxınlaşır
Far.Az xəbər saytı

Yerə 15 mərtəbəli bina böyüklüyündə asteroid yaxınlaşır


NASA Yerə düşmə ehtimalı olan 2024 YR4 asteroidinin təxminən 15 mərtəbəli bina hündürlüyündə olduğunu açıqlayıb.

BAKU.WS NASA-ya istinadən xəbər verir ki, Webb Kosmik Teleskopu 2032-ci ildə Yerə düşmə ehtimalı olan asteroidin ətraflı görüntülərini əldə edib. Keçən il kəşf olunan və ilk hesablamalara görə Yerə düşmə ehtimalı 3 faiz olan bu asteroid qlobal miqyasda təşviş yaratmışdı.

Lakin sonrakı müşahidələr nəticəsində təhlükənin demək olar ki, sıfıra endiyi bildirilib. Bununla belə, asteroidin Aya dəymə ehtimalı hələ də mövcuddur.

NASA və Avropa Kosmik Agentliyinin (ESA) yayımladığı görüntülər asteroidin təxminən 60 metr diametrə sahib olduğunu göstərir. Bu da təxminən 15 mərtəbəli bina hündürlüyünə bərabərdir.

Webb teleskopu kosmosa göndərilmiş ən böyük və güclü teleskop olmasına baxmayaraq, bu asteroid onun müşahidə etdiyi ən kiçik obyektlərdən biri olub.

Johns Hopkins Universitetinin astronomu Endryu Rivkin bildirib ki, Webb-in bu müşahidələri gələcəkdə Yer üçün təhlükə yarada biləcək asteroidlərin izlənməsi baxımından çox vacib sınaqdır. Yerüstü teleskoplar da son aylarda bu kosmik cismi müşahidə etməyə davam ediblər.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Futbol meydançası böyüklüyündə asteroidin Yerlə toqquşması ehtimalı yüksəlib
Yer üçün təhlükəli sayılan asteroidin Ayla toqquşma ehtimalı ARTDI
2024 YR4 asteroidi yerlə toqquşa bilər - NASA tarix verdi
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər