Dayı bacısı qızının toy məclisində öldü
Far.Az xəbər saytı

Dayı bacısı qızının toy məclisində öldü


Lənkəranda toyda vəziyyəti pisləşən 49 yaşlı kişi xəstəxanada vəfat edib.

BAKU.WS "Report"a istinadla xəbər verir ki, Cəlilabad rayonu, Qarayar kənd sakini, 1976-cı il təvəllüdlü Səyyad Qılınc oğlu Yaqubov Lənkəranda bacısı qızının toyunda olarkən özünü pis hiss edib.

O, yaxınları tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb.

Həkimlər ona ürəkdayanma diaqnozu qoyublar və zəruri ilkin tibbi xidmətlər göstəriblər. Buna baxmayaraq, S.Yaqubovun həyatını xilas etmək mümkün olmayıb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Azərbaycanda qan banklarının siyahısı yenilənib
Bakıda "Xocalı. Son toy..." adlı filmin təqdimat mərasimi keçirildi
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər