Həkimi bıçaqlayan xəstə tutuldu
Daşkəsəndə çağırışa gedən həkim xəstə tərəfindən hücuma məruz qalıb.
Far.Az "Unikal"a istinadən xəbər verir ki, Xoşbulaq kəndinə çağırışa gedən Daşkəsən Rayon Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi 1991-ci il təvəllüdlü A.Abbaslıya xəstə tərəfindən bıçaqla xəsarət yetirilib.
Barmağından yaralanan həkimə yardım edilib, hazırda vəziyyətinin normal olduğu bildirilir. İlkin məlumata görə, hadisəni Xoşbulaq kənd sakini 28 yaşlı Ş.Əliyev törədib. Onun Vətən müharibəsi iştirakçısı olduğu bildirilir.
DİN-in Mətbuat xidmətinin Gəncə Regional bölməsindən "Qafqazinfo"ya bildirilib ki, hadisəni törədən 1997-ci il təvəllüdlü Şahin Əliyev polis tərəfindən saxlanılıb.
Ş. Əliyevin hadisə vaxtı sərxoş olduğu, əvvəllər də bir neçə dəfə oxşar vəziyyətdə "103"ə zəng edərək tibbi yardım istədiyi məlum olub.
Oxşar xəbərlər
Azərbaycanda çağırışa gedən həkim bıçaqlandı
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Həkimlərin çağırışa gəlməməsi iddiasına cavab: "Həyətlərdə xidmətdənkənar ambulanslar park olunur"
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
Azərbaycan elektrik şəbəkələrini yeniləyir, enerji saxlama sistemləri qurur













