Azərbaycanda orqan mafiyası ilə bağlı ŞOK İDDİALAR - DİN-dən AÇIQLAMA
Bəzi sosial şəbəkələrin Azərbaycan seqmentində müəmmalı görüntülər yayılıb.
BAKU.WS xəbər verir ki, naməlum şəxslərin gəncləri aldatdığı, onları orqan mafiyasının qurbanına çevirdiyi, hazırda isə Gəncə və Ləkəran şəhərlərində olduqları iddia edilib.
Hər iki şəhərlə bağlı yayılan bu iddialar sosial şəbəkələrdə təşvişə səbəb olub.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis kapitanı Məhəmməd Rzayev BAKU.WS-ə bildirib ki, yayılan həmin məlumatlar həqiqəti əks etdirmir. İddialar polis əməkdaşları tərəfindən hərtərəfli araşdırılıb və 1971-ci il təvəllüdlü həmin qadın polis orqanına dəvət edilib.
"Psixi sağlamlıq vəziyyəti nəzərə alınaraq ailə üzvlərinin ərizəsi və özünün razılığı əsasında müvafiq qaydada müalicə almasından ötrü Lənkəran Rayonlararası Psixoterapiya dispanserinə yerləşdirilməsi təmin edilib", - deyə məlumatda qeyd olunub.
Lənkəran şəhərində baş vermiş bənzər hadisə ilə bağlı isə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirdi ki, yayılan həmin məlumatlar həqiqəti əks etdirmir. İddialar polis əməkdaşları tərəfindən hərtərəfli araşdırılıb və həmin şəxs polis orqanına dəvət edilib.
"Psixi sağlamlıq vəziyyəti nəzərə alınaraq ailə üzvlərinin ərizəsi və özünün razılığı əsasında müvafiq qaydada müalicə almasından ötrü Gəncə Şəhər Psixoterapiya dispanserinə yerləşdirilməsi təmin edilib", - deyə Eşqin Qasımov əlavə edib.
Sözügedən iddia ilə bağlı kadrları təqdim edirik:
Banu Hüseynli
Oxşar xəbərlər
Azərbaycanda orqan mafiyası ilə bağlı ŞOK İDDİA - DİN-dən AÇIQLAMA
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Səbinə Əliyeva: Mina problemi fundamental insan hüquqlarının kobudcasına pozulmasıdır
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb













