Evini əxlaqsızlıq yuvasına çevirən qadınla bağlı qərar çıxarıldı
Ali Məhkəmədə qanunsuz fahişəliyə cəlb etməkdə təqsirləndirilən Məfkurə Mustafayevanın barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Far.Az Pravda.az-a istinadla xəbər verir ki, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, qərar dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılıb.
Qeyd edək ki, Şamaxı şəhərində yaşayan 1959-cu il təvəllüdlü M.Mustafayeva hadisədən 6 il əvvəl də oxşar əməllərə görə məsuliyyətə cəlb edilib və barəsində ittihamedici hökm çıxarılıb. Lakin həmin vaxt M.Mustafayeva Şamaxı Rayon Məhkəməsinin hökmündən apellyasiya şikayəti verərək bəraət alıb. Buna baxmayaraq, o, həmin əməllərə davam edib. Belə ki, Şamaxı şəhərində yerləşən evini fahişəliklə məşğul olan qadınlara gecəsi 20-30 manata kirayə verib. Həmçinin bir neçə qadını, eləcə də qonşusunu fahişəliyə cəlb edərək pul müqabilində müxtəlif şəxslərlə görüşdürüb.
Eyni zamanda, məlum olub ki, M.Mustafayeva barəsində Xəzər rayonunda Cinayət Məcəlləsinin 188-ci (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) maddəsi ilə də cinayət işi mövcuddur. Şamaxı Rayon Məhkəməsi 6 ildən sonra M.Mustafayevanı yenə eyni əməllərə görə məhkum edib. O, Cinayət Məcəlləsinin 243 və 244-cü (fahişəliyə cəlb etmə və əxlaqsızlıq yuvaları saxlama) maddələri ilə təqsirli bilinib. Şamaxı və Xəzər Rayon məhkəmələrinin hökmləri birləşdirilərək 65 yaşlı qadına 6 500 manat pul cəriməsi və bir il müddətə azadlığın məhdudlaşdırılması cəzası verilib. Onun ayağına elektron nəzarət cihazı yerləşdirilib. Sumqayıt Apellyasiya Məhkəməsi qadının apellyasiya şikayətini təmin etməyib.
Oxşar xəbərlər
Ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Keçmiş arvadını öldürmək istəyən şəxslə bağlı qərar dəyişdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb













