Yardımlıda fahişəliyə cəlb edilən azyaşlının ATALIĞI HƏBS OLUNDU
Far.Az xəbər saytı

Yardımlıda fahişəliyə cəlb edilən azyaşlının ATALIĞI HƏBS OLUNDU


Yardımlı rayonunda məktəbli qıza qarşı cinsi zorakılıq və fahişəliyə cəlb etmə cinayətinə görə aparılan istintaq çərçivəsində qızın anası da daxil olmaqla dörd nəfər həbs olunub.

BAKU.WS xəbər verir ki, "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri  Oxu.Az-a açıqlamasında bildirib ki, həbs olunanlar arasında qızın ögey atası da var.

"Bu, çox acınacaqlı və ürəkağrıdıcı məsələdir. Cinsi zorakılığa məruz qalan tək qızın özü deyil. Onun 11 yaşlı qardaşına qarşı da zorakılıq edilib. Uşaqlar hazırda Yardımlı Rayon İcra Hakimiyyətinin nəzarətindədilər, onlara qəyyum təyin olunub, amma bu günə-sabaha uşaqları sığınacağa yerləşdirəcəyik, ondan sonra isə reabilitasiya işlərinə başlanacaq.

Qeyd edim ki, əslində bu məsələ təsəvvür edildiyindən daha ciddi məsələdir və heç də dörd nəfərin həbsi ilə yekunlaşacaq məsələ deyil. Bu işin içində adı hallanan digər şəxslər də var ki, onların da həbsi qaçılmaz olacaq. Hazırda istintaq getdiyi üçün bəzi məsələləri səsləndirmək mümkün deyil, amma inanıram ki, istintaq bu işə lazımi aydınlığı gətirəcək və bu vəhşiliyi törədənlər cəzalarına çatacaqlar", - deyə birlik sədri bildirib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Yardımlıda cinsi zorakılığa məruz qalan azyaşlı qıza və qardaşına qəyyum təyin edilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Zorakılıq qurbanlarını necə mühafizə edək? - ARAŞDIRMA
MAXE-dən dəhşətli hərəkət: dörd qadını yatağa saldı, pullarını aldı, onları videoya çəkdi – TƏFƏRRÜAT

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər