Nardaranda bağ evlərindən 150 min manatlıq oğurluq edən şübhəlini polis saxlayıb
Far.Az xəbər saytı

Nardaranda bağ evlərindən 150 min manatlıq oğurluq edən şübhəlini polis saxlayıb


Sabunçu rayonu Nardaran qəsəbəsində bağ evlərindən oğurluq edən şübhəli şəxs tutulub.

BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

İki evdən 150000 manat dəyərində qızıl, kameranın yaddaş qurğusu, noutbuk və digər dəyərli əşyaların oğurlanması üzrə daxil olan məlumat əsasında Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşları şübhəli şəxsi müəyyən ediblər. Cinayəti törədən şəxs - əvvəllər dəfələrlə məhkum olunmuş 45 yaşlı Seymur Talıbov saxlanılıb. O, ifadəsində qeyd edilən əməli törətdiyini və qızıl-zinət əşyalarını hissələrə ayıraraq satmağı planlaşdırdığını etiraf edib.

Polis əməkdaşları tərəfindən S.Talıbovun oğurladığı əşyaların bir hissəsi gizlədilən yerdən maddi sübut kimi aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, S.Talıbovun digər analoji cinayətlərdə iştirakının olub-olmamasını müəyyən etmək istiqamətində araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Binədə yeddi evdən 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
“HONOR”, IFA 2024-də rekord qıran “HONOR Magic V3” ilə gələcəkdə yeni imkanlara qapı açır
Sumqayıtda evlərdən 16 minlik qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər