İldırım beş tələbəni yerə SƏRDİ – ANBAAN VİDEO
Far.Az xəbər saytı

İldırım beş tələbəni yerə SƏRDİ – ANBAAN VİDEO


Hindistanın şimalında yerləşən Teerthanker Mahaveer Universitetində ildırımın beş tələbəni vurduğu dəhşətli anlar təhlükəsizlik kameralarına düşüb.

Far.Az xəbər verir ki, hadisə güclü yağış zamanı baş verib. Kadrlarda tələbə qrupunun yağışdan qorunmaq üçün bir ağacın altına sığındığı, elə bu anda isə ildırımın həmin yerə düşdüyü görünür.

İldırımın vurması ilə tələbələr dərhal yerə yıxılıb. Videoda onların hərəkətsiz halda yerdə qaldığı müşahidə olunur. Hadisə şahidlərindən bəziləri qorxu ilə ərazidən uzaqlaşsa da, bir neçə nəfər dərhal köməyə qaçıb.

Məlumata görə, ildırımdan xəsarət alan tələbələrin hamısında yanıq izləri aşkarlanıb, onlardan ikisinin vəziyyəti ağırdır.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər