"Kazinolar kraliçası"ndan acı xəbər – Las-Veqasın rəmzi fiquru vəfat etdi
Far.Az xəbər saytı

"Kazinolar kraliçası"ndan acı xəbər – Las-Veqasın rəmzi fiquru vəfat etdi


Las Veqasın tanınmış iş adamı, milyarder sənət kolleksiyaçısı və xeyriyyəçi Eliyen Vayn 82 yaşında dünyasını dəyişib. Onun ölümü həm sənət, həm də biznes dünyasında dərin hüznlə qarşılanıb.

Far.Az sondakika-ya istinadən xəbər verir ki, "Mirage Resorts" və "Wynn Resorts" şirkətlərinin təsisçilərindən biri olan Eliyen Vaynın vəfatı onun rəhbəri olduğu Elaine P. Wynn & Family Fondunun yaydığı məlumatla təsdiqlənib. Ölüm səbəbi açıqlanmasa da, onun vəfatı Las Veqasın biznes və xeyriyyəçilik tarixində böyük itki kimi qiymətləndirilir.

Qeyd edək ki, 1942-ci ildə Nyu-Yorkda doğulan Eliyen Vayn Florida ştatının Mayami Biç şəhərində böyüyüb. Siyasi elmlər üzrə təhsilini Corc Vaşinqton Universitetində başa vurub. 1963-cü ildə Steve Wynn ilə ailə həyatı quran Elaine, onunla birlikdə Las Veqasda lüks otel və kazino sənayesinin formalaşmasında mühüm rol oynayıb.

Xatırladaq ki, Forbes jurnalı onu 2015-ci ildə "Las Veqas Kraliçası" elan etmişdi.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
“Wynn” BƏƏ-də ilk kazino qurmaq üçün kredit götürüb
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər