Bakıda liseyin müəllimi VƏFAT ETDİ
Bakı Dövlət Universitetinin (BDU) nəzdində "Gənc istedadlar" liseyinin təsviri incəsənət müəllimi Xalidə Musayeva uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Xalidə Musayeva 1964-cü il aprelin 18-də Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub. 1984-1989-cu illərdə Azərbaycan Dovlət İncəsənət İnstitutunun Dekorativ tətbiqi sənət fakültəsində "Xalçaçılıq" ixtisası üzrə təhsil alıb, görkəmli Xalq rəssamı Lətif Kərimovun tələbəsi olub.
1989-cu ildə rəssam kimi peşəkar fəaliyyətinə Xalq rəssamı Eldar Mikayılzadənin yaratdığı Bakı Kooperativ "Xal" Şirkətinə rəssam vəzifəsinə təyin olunmaqla başlayıb. 1989-1993-cü illərdə Qafqaz Müsəlmanları İdarəsinin Mədəniyyət şöbəsində işləyib. 1993-2000-ci illərdə Bakı Sənaye Texnoloji Texnikumunda dekorativ-tətbiqi sənət müəllimi, 2000-2001-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, 2001-ci ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Rəsm kafedrasında rəsm müəllimi vəzifələrində çalışıb. 2012-ci ildə baș müəllim vəzifəsinə təyin olunub. 2016-cı ildən BDU-nun nəzdində "Gənc istedadlar" liseyində Təsviri incəsənət müəllimi vəzifəsinə təyin olunub.
Xalidə Musayeva 36 illik rəssamlıq va pedaqoji fəaliyyəti boyu yüzlərlə istedadlı tələbə, şagird və rəssam yetişdirib.
Oxşar xəbərlər
BDU-nun “Gənc istedadlar” liseyinin müəllimi vəfat edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Özbəkistanın mədəniyyət naziri: Xalqlarımızı birləşdirən fundamental dəyər mədəniyyətdir - MÜSAHİBƏ
Jurnalist övladları da tələbə adı qazandılar - SİYAHI+FOTOLAR
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
AFFA Region Liqasına yeni formatda start verilib
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır













