"Bakcell" "Ən uğurlu rebrendinq layihəsi" mükafatı ilə təltif olundu
İnnovasiya və sürət lideri "Bakcell" "Baku Flames – Beynəlxalq Yaradıcılıq və Effektivlik Festivalı" çərçivəsində "Ən uğurlu rebrendinq layihəsi" üzrə mükafata layiq görülüb. Bu nominasiyada brendin strateji mövqeyi ilə vizual təqdimatı arasında ardıcıl və güclü əlaqə qurmaq bacarığı qiymətləndirilir. "Bakcell" yeni brend kimliyi vasitəsilə innovativ yanaşmasını və inkişaf strategiyasını uğurla nümayiş etdirib.
"Bakcell"in 2024-cü ildə həyata keçirdiyi rebrendinq zamanı aparılan strateji və vizual yeniliklər bu mükafata layiq görülməsində mühüm rol oynayıb. Xatırladaq ki, şirkətin yeni loqosu 5 dinamik fiqurun ulduz formasında birləşməsi ilə "Bakcell"in insanları, məkanları və dəyərləri birləşdirən fəlsəfəsini, həmçinin rəqəmsal gələcəyə doğru sürətlə irəliləyişini simvolizə edir.
Qeyd edək ki, 2–3 may tarixlərində Azərbaycanda keçirilən "Baku Flames – Beynəlxalq Yaradıcılıq və Effektivlik Festivalı" yaradıcı sənayenin inkişafına dəstək məqsədi daşıyaraq, yerli və xarici mütəxəssisləri, marketinq rəhbərlərini bir araya gətirib.
"Bakcell" haqqında
"Bakcell" Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda "Bakcell" üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan innovasiyalar və həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir.
"Bakcell" müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
“Baku Flames” regionun yaradıcılıq səhnəsini işıqlandırmağa gəlir! – FOTO/VİDEO
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Mehriban Əliyevanın doğum günüdür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“PAŞA Sığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
-
Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI
-
Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsinin sədri saxlanıldı
-
Britaniyada aviabaza yaxınlığında saxlanılan 5 nəfər girov qarşılığında sərbəst buraxılıb
-
Leyla Əliyeva Romada "Harmoniya" sənədli filminin təqdimatında iştirak edib
-
FHN-in nəzarət etdiyi çimərliklərdə sudaboğulma halı olub? - RƏSMİ AÇQLAMA













