Yelo Bank yay təcrübə proqramına start verir!
Parlaq bankçılıqda karyera qurmaq istəyən tələbə və yeni məzun olmuş gənclər üçün əla fürsət! Yelo Bank nəhayət ki, çox gözlənilən "Summer Challenge 2025" təcrübə proqramına qeydiyyatı açıq elan edir.
İştirakçılar, müasir Agile metodologiyasının tətbiq edildiyi korporativ mühitdə yeni biliklər və bacarıqlar əldə etməklə yanaşı, proqramı uğurla başa vurduqdan sonra Yelo Bank-da iş imkanı əldə edə biləcəklər. Təcrübə müddəti ərzində iştirakçılar aşağıdakı keyfiyyətlərə görə dəyərləndiriləcəklər:
· Təşəbbüskarlıq və öyrənməyə həvəs;
· Pozitiv və kreativ düşüncə;
· Nəticəyönümlü yanaşma;
· Komandada işləmək bacarığı.
Təcrübəçilər sahib olduqları keyfiyyət və bacarıqlara uyğun olaraq yay aylarında İnsan Resursları, Satış, Maliyyə və mühasibatlıq, Proqramlaşdırma, İnformasiya Texnologiyaları, Brendin İdarəedilməsi və Bankın xidmət şəbəkəsində təcrübə keçəcəklər.
Müraciət etmək istəyənlər 20 may 2025-ci il tarixinədək, "Nəyə görə mən və niyə məhz Yelo?" mövzulu motivasiya videolarını çəkib, videonu yükləyərək qeydiyyatdan keçməlidir. Qeyd edək ki, videonun xornometrajı 60 san-2 dəq aralığında olmalıdır. Seçim zamanı texniki tapşırığa yaradıcı yanaşma sərgiləmiş namizədlərə üstünlük veriləcək. Odur ki, müraciət etməyə tələsin! Yayınızı parlaq və səmərəli keçirmək, üstəlik Yelo-da karyera qurmaq üçün Summer Challenge təcrübə proqramına qoşulun. Qeydiyyat üçün: http://tinyurl.com/24vhbfw4.
Bank xidmətləri (www.yelo.az) haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Doğru yolda yeni karyera imkanları: Birbank-ın "PO Growth" proqramına start verildi
Yelo kart sahiblərinə daha çox qazanc imkanı!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“PAŞA Sığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
-
UEFA Millətlər Liqası: Türkiyə İtaliyaya böyük hesabla uduzub, Fransa Belçikaya qalib gəlib
-
Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI
-
Tramp "Axios"un İranla bağlı məlumatını təkzib edib
-
Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsinin sədri saxlanıldı
-
Leyla Əliyeva Romada "Harmoniya" sənədli filminin təqdimatında iştirak edib













