"BakuBus" komfortu artıq regionlarda
Bakı şəhərində sərnişindaşıma sahəsində yüksək xidmət keyfiyyəti ilə tanınan "BakuBus" MMC artıq şəhərlərarası istiqamətlərdə də xidmət göstərməyə başlamışdır.
2024-cü ilin may ayından etibarən "BakuBus" MMC tərəfindən Bakı–Gəncə, Bakı–Mingəçevir, Bakı–Zaqatala, Bakı–Qazax, Bakı–Sınıq Körpü, Bakı–Bərdə, Bakı–Tərtər və Bakı–Naxçıvan istiqamətlərində komfortlu Neoplan markalı avtobuslarla sərnişindaşıma xidmətləri həyata keçirilir.
Şəhərlərarası daşımalar üçün nəzərdə tutulan avtobuslar beynəlxalq standartlara tam cavab verir. Nəqliyyat vasitələri kondisioner sistemi, geniş və rahat oturacaqlar, sərnişin məlumat monitorları, eləcə də geniş baqaj bölməsi ilə təchiz olunub.
Bütün avtobuslar mütəmadi texniki baxışdan keçirilir və peşəkar, təlim keçmiş sürücülər tərəfindən idarə olunur.
"BakuBus" bu təşəbbüsü ilə regionlarda yaşayan vətəndaşlara paytaxt səviyyəsində sərnişin daşıma keyfiyyətini təqdim etməyi hədəfləyir. Məqsəd həm də şəhərlərarası daşımaların daha sistemli, təhlükəsiz və rahat şəkildə təşkil olunmasına şərait yaratmaqdır.
Şirkət gələcəkdə xidmət coğrafiyasını daha da genişləndirərək ölkənin müxtəlif bölgələrini müasir nəqliyyat xidməti ilə əhatə etməyi planlaşdırır.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bir neçə şəhərlərarası və paytaxtın qəsəbədaxili müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“PAŞA Sığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
-
UEFA Millətlər Liqası: Türkiyə İtaliyaya böyük hesabla uduzub, Fransa Belçikaya qalib gəlib
-
Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI
-
Tramp "Axios"un İranla bağlı məlumatını təkzib edib
-
Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsinin sədri saxlanıldı
-
Leyla Əliyeva Romada "Harmoniya" sənədli filminin təqdimatında iştirak edib













