Azərbaycanda bu il 12 mlrd. manatlıq neft və qaz istehsal olunub
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 13 082,5 mln. manat olmaqla, əvvəlki ilin müvafiq ayına nisbətən 2,7% az olub.
Bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, qeyd olunan ümumi göstəricidən 12 020,2 mln. manat xam neft və təbii qaz hasilatının payına düşüb, bu da illik müqayisədə 2,7% azdır.
Məlumata görə, sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 9 095,5 mln. ton, əmtəəlik təbii qaz hasilatı isə 12 916 mlrd. kub metr təşkil edib.
"Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 5,4% azalıb, əmtəəlik qaz hasilatı isə 1,4% artıb", - məlumatda qeyd olunur.
Məlumatda qeyd olunur ki, hesabat dövründə Azərbaycanda cəmi 9 117,4 min ton neft (5,4% azalma) və 16 566,1 mln. kubmetr qaz (0,6% azalma) hasil edilib.
Xatırladaq ki, ötən il Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 41 179,5 mln. manat olmaqla, əvvəlki ilin müvafiq ayına nisbətən 1% çoxdur. Bu göstəricidən 38 009,6 mln. manat xam neft və təbii qazın hasilatının payına düşüb, bu da illik müqayisədə 1,2% çoxdur.
Qeyd edək ki, ötən il əmtəəlik neft hasilatı 28 997 mln. ton, əmtəəlik təbii qaz hasilatı isə 38 668,6 mlrd. kub metr təşkil edib. Əmtəəlik neft hasilatı əvvəlki ilin göstəricidi ilə müqayisədə 3,6% azalıb, əmtəəlik qaz hasilatı isə 6,2% artıb.
Hesabat dövründə Azərbaycanda cəmi 29 063 min ton neft (3,6% azalma) və 50 596,7 mln. kubmetr qaz (4,3% artım) hasil edilib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan ictimaiyyəti Qorbaçovun Nobel Mükafatından məhrum olunmasını istəyir - AÇIQ MƏKTUB
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
30 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış
Bu il Azərbaycanda əmtəəlik qaz hasilatı 6 %-ə yaxın artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb
-
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
-
"Valensiya"nın ümumi borcu 592,8 milyon avroya çatıb
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək













