Kabus yenidən geri qayıtdı – 1 yaşlı körpə gənə səbəbilə həyatını itirdi
Far.Az xəbər saytı

Kabus yenidən geri qayıtdı – 1 yaşlı körpə gənə səbəbilə həyatını itirdi


Tokat vilayətində Krım-Kongo Qanamalı Qızdırması (KKQX) xəstəliyindən şübhələnilərək müalicə olunan 1,5 yaşlı körpə həyatını itirib.

BAKU.WS haber global-a istinadən xəbər verir ki, əldə edilən məlumata görə, Sivasın Koyulhisar rayonuna bağlı Kalebaşı kəndində yaşayan Süleyman və Nilüfər Tütüncü cütlüyünün 1,5 yaşlı oğlu Metehan Tütüncünün bədəninə iki gün əvvəl gənə yapışıb.

Ailəsi tərəfindən əvvəlcə Reşadiyə Dövlət Xəstəxanasına aparılan körpə, daha sonra Tokat Dövlət Xəstəxanasına təxliyə edilib. Burada KKQX şübhəsi ilə müalicə altına alınan Metehan körpə, görülən bütün tibbi müdaxilələrə baxmayaraq, axşam saatlarında vəfat edib.

Körpənin nəşinin doğulduğu Sivasın Kalebaşı kəndində dəfn ediləcəyi bildirilib.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İlham Əliyev bir qrup incəsənət xadimini təltif etdi - SƏRƏNCAM
VII çağırış Milli Məclisin deputatları - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər