"Krokus"dakı terror aktından sonra üç nəfər hələ də TAPILMAYIB
Rusiya İstintaq Komitəsinin (İK) sədri Aleksandr Bastrıkinin çıxışı zamanı nümayiş olunan təqdimatda qeyd olunub ki, Moskvaətrafı "Krokus Siti Holl" konsert zalında baş vermiş terror aktından sonra üç nəfər hələ də itkin düşmüş kimi siyahıya alınıb.
Far.Az xəbər verir ki, təqdimatda bildirilir ki, hücum zamanı və ondan sonra 147 nəfəri xilas etmək mümkün olmayıb.
Bundan əvvəl Bastrıkin açıqlamışdı ki, "Krokus Siti Holl"da törədilən terror aktı ilə bağlı iş üzrə 2300-dən çox şəxs zərərçəkmiş kimi tanınıb.
Onun sözlərinə görə, terror aktı ilə bağlı cinayət işi yaxın vaxtlarda məhkəməyə göndəriləcək. Qeyd edilib ki, bu işin materialları 500 cilddən ibarətdir.
Xatırladaq ki, 2024-cü il martın 22-də axşam saatlarında "Krokus Siti Holl" konsert zalında terror aktı baş verib. "Piknik" qrupunun konsertindən əvvəl zala silahlı şəxslər daxil olub və tamaşaçılara atəş açıblar. Ardınca partlayışlar baş verib və bina alovlanıb. İstintaq Komitəsi terror aktı maddəsi ilə (Rusiya Cinayət Məcəlləsinin 205-ci maddəsi) cinayət işi başladıb.
Hücum nəticəsində 145 nəfər (onlardan altısı uşaq olmaqla) həlak olub, 551 nəfər isə yaralanıb. Partlayışlar və yanğın nəticəsində konsert zalının binası demək olar ki, tamamilə dağılıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Qaradağlı faciəsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Zərərçəkmiş şəxs: Xocalı soyqırımının təşkilatçıları zaman-zaman Ermənistanın rəhbərliyində təmsil olunublar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub
-
Azərbaycan və Böyük Britaniya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
-
COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib
-
Tovuzda hamilə qadın bıçaqlanıb
-
Zelenski: Müharibənin əvvəlindən bəri ən böyük əsir mübadiləsi hazırlanır













