İran prezidentinin Ermənistana səfəri planlaşdırılır
Far.Az xəbər saytı

İran prezidentinin Ermənistana səfəri planlaşdırılır


İran tərəfi Prezident Məsud Pezeşkianın İrəvana səfərini planlaşdırır.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Səid Xətibzadə "İrəvan Dialoqu-2025" beynəlxalq forumu çərçivəsində jurnalistlərlə keçirilən brifinqdə bildirib.

Nazir müavini vurğulayıb ki, iki ölkə arasında münasibətlər çox yaxşı səviyyədədir və yüksək diplomatik səviyyədə qarşılıqlı səfərlər həyata keçirilir.

"Hal-hazırda dövlət başçısının İrəvana səfərini planlaşdırırıq. İki paytaxt arasında siyasi məsləhətləşmələr aparılır. İqtisadi əməkdaşlıq isə çox yüksək səviyyədədir və yaxın gələcəkdə nəqliyyat üzrə sıfır faiz dərəcəsi tətbiq edildikdə, iqtisadi əməkdaşlıq sürətli şəkildə artacaq", - deyə Xətibzadə vurğulayıb və əlavə edib ki, ən yeni texnologiyalar sahəsində də yaxşı əməkdaşlıq qurulub.

Nazir müavininin sözlərinə görə, iki xalq arasında turizm və mədəniyyət sahələrində əlaqələr davamlı şəkildə inkişaf edir.

"Ümid edirəm ki, bəzi maneələr, xüsusilə də Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasından sonra aradan qalxacaq, bu günə qədər həyata keçirilməyən çoxsaylı layihə və proqramları reallaşdıracağıq", - deyə Səid Xətibzadə vurğulayıb.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Özbəkistanın mədəniyyət naziri: Xalqlarımızı birləşdirən fundamental dəyər mədəniyyətdir - MÜSAHİBƏ
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər