Bolqarıstanın Varna və Burqas limanları Orta Dəhlizin bir hissəsi ola bilər
Far.Az xəbər saytı

Bolqarıstanın Varna və Burqas limanları Orta Dəhlizin bir hissəsi ola bilər


Bolqarıstanın Qara dənizdəki Varna və Burqas limanları Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) bir hissəsi ola bilər.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bununla bağlı razılaşma Bolqarıstan Prezidenti Rumen Radev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında bu gün Astanada aparılan danışıqlar nəticəsində əldə edilib.

"Danışıqların yekunu üzrə nəqliyyat və logistika sahəsində əməkdaşlığın aktuallığı da qeyd edilib. Tərəflər Burqas və Varna dəniz limanlarının artıq ən mühüm strateji ticarət marşrutlarından birinə çevrilmiş Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinə qoşulması məsələsi üzərində işləməyi razılaşdırıblar", - məlumatda qeyd olunub.

Kasım-Jomart Tokayev hesab edir ki, bu istiqamətdə fəaliyyətin aktivləşdirilməsi üçün iqtisadi əməkdaşlıq üzrə Qazaxıstan-Bolqarıstan Hökumətlərarası Komissiyasının mexanizmlərindən səmərəli istifadə etmək lazımdır.

"O, komissiya çərçivəsində nəqliyyat-logistika sahəsində əməkdaşlıq üzrə birgə işçi qrupunun yaradılmasını təklif edib", - məlumatda vurğulanıb.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Rumen Radev: “Şaquli Qaz Dəhlizi regionlararası əməkdaşlığı daha yetkin mərhələyə aparır”
Tokayev: "TBNM-nin Avropa TEN-T ilə inteqrasiyası məsələsində Almaniyanın köməyinə ümid edirik"
Şimaldan Cənuba, Qərbdən Şərqə uzanan yollar: Azərbaycanın nəqliyyat-logistika sahəsində uğurları

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər