Şəkidə həyat yoldaşının qətlində təqsirləndirilən şəxs HƏBS EDİLDİ
Far.Az xəbər saytı

Şəkidə həyat yoldaşının qətlində təqsirləndirilən şəxs HƏBS EDİLDİ


Şəkidə həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Həmid Nazim oğlu Əliyev həbs edilib.

Far.Az oxu.az-a istinadən xəbər verir ki, Şəki Rayon Məhkəməsində H.Əliyevin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. Məhkəmə təqdimatı təmin edib və H.Əliyev barədə dörd ay həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, iyunun 5-də səhər saatlarında Şəki rayonunun Cəyirli kəndində 34 yaşlı Zəhra Məlik qızı Əliyevanın atasının evində meyiti tapılıb. İlkin araşdırma zamanı qadının əri tərəfindən bıçaqlanaraq qətlə yetirildiyi məlum olub.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda cinayət işi başlanıb və H.Əliyev saxlanılıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
İlham Əliyev bir qrup incəsənət xadimini təltif etdi - SƏRƏNCAM
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
İxracdan əldə olunan 24 milyon manata yaxın pulu ölkəyə qaytarmayan daha bir qrup şəxs məsuliyyətə cəlb olunub
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər