Nyu-Yorkda qanunsuz miqrantlara dəstək aksiyalarında 65 nəfər saxlanılıb
Far.Az xəbər saytı

Nyu-Yorkda qanunsuz miqrantlara dəstək aksiyalarında 65 nəfər saxlanılıb


ABŞ-nin Nyu-York şəhərində miqrantlara dəstək məqsədilə keçirilən aksiyada 65 nəfər saxlanılıb.

Far.Az xarici KİV-ə istinadən xəbər verir ki, etirazçılar Miqrasiya və Gömrük Nəzarəti İdarəsinin (ICE) qanunsuz miqrantları saxlamasına etiraz edib. Minlərlə insan Manhettendə yerləşən Foley Meydanında toplaşıb.

Etirazçılar "Bu irqçi sistem dağılmalıdır!" kimi şüarlar səsləndirib, plakatlar qaldırıb və yolları bağlayıblar.

Aksiyalar axşam saatlarında nəzarətdən çıxıb. Etirazçılar polislərə müxtəlif əşyalar atıb, polis isə onlara bibər qazı ilə müdaxilə edib. Nəticədə 65 nəfər saxlanılıb. Onlar "ictimai asayişi pozmaqda" ittiham olunurlar. Sayın artacağı da bildirilir.

Nyu-Yorkdakı aksiyalarla eyni vaxtda San-Fransisko, Sietl və Çikaqo kimi şəhərlərdə də oxşar aksiyalar keçirilib.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər