Döyüş yoldaşını öldürməyə cəhd edən qaziyə hökm oxundu
Far.Az xəbər saytı

Döyüş yoldaşını öldürməyə cəhd edən qaziyə hökm oxundu


Sumqayıt Ağır Cinayətlər Məhkəməsində döyüş yoldaşını bıçaqlamaqda təqsirləndirilən Vətən müharibəsi qazısı Orxan Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə O.Hüseynov 10 il 6 ay azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə ötən il Masazır qəsəbəsində baş verib. Müharibə veteranı Orxan Hüseynov döyüş yoldaşı Orxan İmanovu qısqanclıq zəminində bıçaqlayıb. O, Orxan İmanovun guya onun həyat yoldaşı ilə sevgili olduğunu zənn edib və bu məqsədlə Orxanı öldürməyə qərar verib. Müharibədə psixoloji travmalar alan Orxan Hüseynov Orxan İmanovun evinə gələrək onu həyətə çağırıb. Həyətdə söhbət zamanı mübahisə yaranıb. Nəticədə O.Hüseynov O.İmanovu həyat yoldaşı və azyaşlı uşağının gözü qarşısında bıçaqlayıb. Hadisə zamanı O. İmanov 9 bıçaq zərbəsi alıb.

Yaralı xəstəxanaya çatdırılıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə təqsirləndirilən O.Hüseynov saxlanılıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan ictimaiyyəti Qorbaçovun Nobel Mükafatından məhrum olunmasını istəyir - AÇIQ MƏKTUB
Ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Qaradağlı faciəsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər