Lənkəranda iki avtomobil toqquşub
Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.
Far.Az teleqraf-a istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının Lənkəran rayonu Parakənd kəndi ərazisində qeydə alınıb. Lənkəran rayon Xanbulan kənd sakini 1954-cü il təvəllüdlü Xannəzər Abuzər oğlu Məmmədov, idarə etdiyi 42 BC 325 dövlət qeydiyyat nişanlı "VAZ-2106" markalı minik avtomobil, Lənkəran şəhər sakini 1998-ci il təvəllüdlü Allahverdi Yusif oğlu Şərbətovun idarə etdiyi 99-UO-042 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı yük avtomobili ilə toqquşub. Mercedesin sürücüsü Allahverdi Şərbətovun sözlərinə görə qarşı tərəfin sürücüsü yolda sərt manevr edib və onun qarşısına çıxıb, qəza qaçılmaz olub. Qəzadan sonra istiqamətlərini dəyişən avtomobillər yol kənarındakı irigövdəli ağaclara çırpılıblar.
Nəticədə xəs VAZ-ın sürücüsü xəsarət alaraq Təcili Tibbi Yardım xidmətinin köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olun. Ona sağ ayağın 1/3-nin sınığı diaqnozu qoyularaq müvafiq şöbəyə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb
Dövlətə məxsus nəqliyyat vasitələri min manatdan başlayan qiymətlərlə satışa çıxarılır
Dövlət qurumlarına məxsus nəqliyyat vasitələri satışa çıxarılır - SİYAHI
Bu gün Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib
-
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb
-
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
-
"Valensiya"nın ümumi borcu 592,8 milyon avroya çatıb













