Lənkəranda qəzada xəsarət alan 5 ailə üzvünün vəziyyəti açıqlanıb
Far.Az xəbər saytı

Lənkəranda qəzada xəsarət alan 5 ailə üzvünün vəziyyəti açıqlanıb


Lənkəran-Astara magistral yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 4 qadın, 1 kişi bədənin müxtəlif dərəcəli travması diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə BAKU.WS-ə TƏBİB-dən bildirib.

Məlumata əsasən, hər birinə zəruri ilkin tibbi xidmətlər göstərilib, yaralılardan biri vəziyyətinə uyğun olaraq Cərrahiyyə şöbəsinə yerləşdirilib, digər 4 nəfərin müalicəsi Təcili yardım şöbəsində davam etdirilir.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilir.

***17:44

Lənkəran rayonunda avtomobil aşıb, 5 nəfər xəsarət alıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının 165-ci km-də baş verib.

Belə ki, 1976-cı il təvəllüdlü Fəxrəddin Şəmsəli oğlu Mirzəyev idarə etdiyi "Toyota Prado" markalı avtomobillə Astara rayonu istiqamətində hərəkətdə olarkən maşın aşıb.

Qəza nəticəsində sürücünün ailə üzvləri və yaxın qohumları - 1980-cı il təvəllüdlü Yeganə Vəlihəd qızı Alişanova ( həyat yoldaşı), 2003-cü il təvəllüdlü Afət Fəxrəddin qızı Mirzəyeva( qızı), 2005-ci il təvəllüdlü Fəxriyyə Fəxrəddin qızı Mirzəyeva (qızı), 1966-cı il təvəllüdlü Tahirə Vəlihəd qızı Alişanova (baldızı) və 2012-ci il təvəllüdlü A.Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasınına çatdırılıblar.

Xəsarət alanlardan Yeganə Alişanova cərrahiyyə şöbəsinə yerləşdirilib. Digərlərinin müalicəsi xəstəxanada davam etdirilir.

Məlumata görə, sürücü bildirib ki, ailə ilə Lerik rayonuna toy məclisinə gedirmişlər. Qəzaya sürücünün yuxulaması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Azərbaycanda qan banklarının siyahısı yenilənib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər