Xanım sərnişinə əxlaqsız təklif edən taski sürücüsü saxlanıldı - ANBAAN VİDEO
Far.Az xəbər saytı

Xanım sərnişinə əxlaqsız təklif edən taski sürücüsü saxlanıldı - ANBAAN VİDEO


Paytaxt ərazisində fəaliyyət göstərən bəzi taksi sürücülərinin qadın sərnişinlərlə xidmətə aid olmayan mövzularda söhbətlər aparmaları və yersiz təkliflər etmələri, bir sözlə etik normalara zidd davranışları barədə polis orqanlarına müraciətlər daxil olur.

BAKU.WS xəbər verir ki, Bu halların qarşısının alınması məqsədilə paytaxtda profilaktik və nəzarət tədbirləri davam etdirilir.

Polis əməkdaşları tərəfindən Binəqədi rayonunda həyata keçirilən daha bir profilaktik tədbir zamanı 99-UX-472 dövlət qeydiyyat nişanlı "Opel Astra" markalı avtomobilin sürücüsünün qeyd edilən əməllərə yol verdiyi müəyyən olunub və o, məsuliyyətə cəlb edilib. 

Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, belə hallarla qarşılaşdıqları zaman dərhal polis orqanlarına məlumat versinlər.

Oxşar xəbərlər

Bakıda müştərisinə yersiz təklif edən taksi sürücüsü SAXLANILDI
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Qadınlara qarşı yersiz təkliflər edən taksi sürücüsü cərimələndi
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər