Sumqayıtda iki nəfərin öldüyü partlayış baş verən binanın söküntüsünə başlanıldı
Sumqayıtda ötən il iki nəfərin öldüyü partlayış baş verən binada söküntü işlərinə start verilib.
Far.Az report-a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin rəyi əsasında 13-cü mikrorayonda yerləşən, 6 blokdan ibarət binanın yaşayış olmayan bir blokunda söküntü işləri aparılır.
Bildirilib ki, binanın üç blokunda yaşayış davam edir, digər üç blokda isə artıq altı aydır sakinlər yaşamır. Hazırda həmin üç blokdan birinin söküntüsü həyata keçirilir, digər iki blokda isə vəziyyətə baxış keçirildikdən sonra müvafiq qərar veriləcək.
Qeyd edək ki, 2023-cü il dekabrın 3-də adıçəkilən binada baş verən partlayış nəticəsində bir ailənin iki üzvü - 1977-ci il təvəllüdlü Ramin Zakir oğlu Əliyev və onun 2007-ci il təvəllüdlü oğlu Ayxan Ramin oğlu Əliyev həlak olub. Hadisə zamanı 2010-cu il təvəllüdlü Familə Ramin qızı Əliyeva xəsarət alaraq xəstəxanaya yerləşdirilmişdi.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib
-
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb
-
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
-
"Valensiya"nın ümumi borcu 592,8 milyon avroya çatıb













