Yeniyetmə qızı aldadıb videolarını yayan kişiyə AĞIR CƏZA
Bakıda yetkinlik yaşına çatmayan qıza hədə-qorxu gələrək pul tələb etməkdə və dələduzluqda təqsirləndirilən 1989-cu il təvəllüdlü Tural Məmmədovun məhkəməsi başa çatıb.
Far.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 36 yaşlı şəxs Cinayət Məcəlləsinin 171-1.2.1, 178.1 və 182.2.2-ci (uşaq pornoqrafiyasının dövriyyəsi, dələduzluq və hədə-qorxu ilə tələb etmə) maddələri ilə təqsirləndirilib.
Müəyyən edilib ki, evli və bir uşaq atası olan Tural 2024-cü ildə tanış olduğu 2008-ci il təvəllüdlü qızı onu sevdiyinə inandırıb. O, yetkinlik yaşına çatmayan qızı bir neçə dəfə Sabunçu rayonunun Ramana qəsəbəsindəki evə apararaq orada intim münasibətdə olub. Kişi həmin vaxt videolar çəkərək özündə saxlayıb. Qızdan onun yaxınlarının, ailə üzvlərinin nömrəsini də alıb. Qarşı tərəfin niyyətinin ciddi olduğunu zənn edən yeniyetmə onun ailə üzvləri ilə tanış olmaq istədiyini düşünərək nömrələri verib. Lakin bir müddət sonra Tural qızı hədələməyə və 500 manat pul tələb etməyə başlayıb. Pul ala bilməyəndən sonra onun intim görüntülərini ailə üzvlərinə göndərib, həmçinin "TikTok" sosial şəbəkəsində paylaşıb.
Bundan sonra Tural haqqında cinayət işi açılıb və o saxlanılıb. Onun başqa şəxsə məxsus evi digər bir vətəndaşa göstərərək 125 min manata satacağı adı ilə 3 min manata yaxın beh aldığı və pulu mənimsədiyi də müəyyən edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tural qeyd edilən maddələr üzrə təqsirli bilinib, 10 il həbs cəzası verilib.
Oxşar xəbərlər
MAXE-dən dəhşətli hərəkət: dörd qadını yatağa saldı, pullarını aldı, onları videoya çəkdi – TƏFƏRRÜAT
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Dörd qadını yatağa saldı, pullarını aldı, onları videoya çəkdi
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib
-
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb
-
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
-
"Valensiya"nın ümumi borcu 592,8 milyon avroya çatıb













