Arxiyepiskop Acapaxyan saxlanlıb, Eçmiədzində toqquşmalar davam edir
Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) arxiyepiskop Mikael Acapaxyanı II Qareginin iqamətgahının yerləşdiyi Eçmiədzin monastırından aparıb.
Far.Az report-a istinadən xəbər verir ki, onun saxlanılmasından sonra monastır ətrafında vəziyyət gərgin olaraq qalır. Güc strukturları ilə dindarlar arasında vaxtaşırı toqquşmaqlar baş verir.
*** 12:26
Müqəddəs Eçmiədzin monastırında vəziyyət gərginləşib.
Far.Az report-a istinadən xəbər verir ki, məlumata görə, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşları "təkcə din xadimlərini deyil, həm də media işçilərini təqib edirlər".
Qeyd olunub ki, MTX İrəvandan Müqəddəs Eçmiədzin monastırına yeni qüvvələr göndərib.
*** 12:02
Ermənistan Milli Təhlküəsizlik Xidmətinin (MTX) əməliyyat keçirdiyi bütün ermənilərin katolikosunun Eçmiədzindəki iqamətgahının həyətində polislər və keşişlər arasında dava baş verib.
Far.Az report-a istinadən xəbər verir ki, daha əvvəl maskalı xüsusi təyinatlılar iqamətgaha daxil olub. Keşişlər əməliyyata mane olmağa çalışırlar.
*** 11:25
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşları Eçmiədzində bütün ermənilərin katolikosunun iqamətgahının yerləşdiyi əraziyə daxil olublar.
Far.Az report-a istinadən xəbər verir ki, məlumata görə, Ermənistan MTX-nin xüsusi təyinatlıları bütün ermənilərin katolikosu II Qareginin Eçmiədzindəki iqamətgahının ərazisinə keçiblər.
Bildirilib ki, xüsusi təyinatlıların keşişlərin müşavirəsində iştirak etmək üçün orada olan Şirak yeparxiyasının rəhbəri arxiyepiskop Mikael Acapaxyanı həbs etmək üçün gəldiyi ehtimal olunur.
Daha əvvəl verilən məlumata əsasən, 30-a yaxın maskalı şəxs Şirak yeparxiyasının binasına daxil olub.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
"Azərbaycanfilm" kinostudiyasının ərazisindəki yanğın söndürülüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qaradağ Lökbatan" Peşəkar Futbol Klubu ləğv olunur
-
Sumqayıt-Bakı qatarında sıxlıq: Sərnişinlər ayaqyolunda dayanmalı olublar
-
Qərbi Azərbaycanın yaddaş məkanları: Şəki kəndinin tarixi
-
Masallının böyük bir hissəsi qazsız qalacaq
-
Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlanıb
-
Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA - TIR minik maşınının üstünə aşıb













