Şabranda qəzada xəsarət alan şəxslərin kimlikləri məlum oldu
Far.Az xəbər saytı

Şabranda qəzada xəsarət alan şəxslərin kimlikləri məlum oldu


Şabranda yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin kimlikləri məlum olub.

Far.Az "Report"a istinadən bildirir ki, Bakı-Quba avtomobil yolunun Şabran ərazisindən keçən hissəsində "Niva", "KamAZ" və "Mercedes Atego" markalı avtomobillərin iştirakı ilə baş verən qəzada Əmrulla Mustafa oğlu Ağakişiyev, Elnur Natiq oğlu Cəbrayılov və Samir Müşviq oğlu Ağayev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

***17:25

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Far.Az APA-ya istinadən xəbər verir ki, iki yük və bir minik avtomobilinin toqquşması nəticəsində "Niva" markalı nəqliyyat vasitəsinin sürücüsü hadisə yerində ölüb.

Yaralananların da olduğu bildirilir.

Hazırda fakt araşdırılır.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər