İş adı ilə apardılar, müharibəyə göndərdilər – Goranboy sakininin şok taleyi
Far.Az xəbər saytı

İş adı ilə apardılar, müharibəyə göndərdilər – Goranboy sakininin şok taleyi


Azərbaycanda filmləri xatırladan inanılmaz hadisə baş verib. Goranboy rayon sakini Şəhruz Əliquluyev iş tapmaq ümidi ilə yola çıxıb, nəticədə özünü Rusiya-Ukrayna müharibəsinin mərkəzində tapıb.

Bu barədə Ş. Əliquluyevin kəndçisi Rəşad Allahverdiyev Far.Az-in "qaynar xətti"nə verdiyi məlumatda bildirib. 

Onun sözlərinə görə, Şəhruz təxminən 15 gün əvvəl "işə düzəldirik" vədi ilə Rusiyaya aparılıb. Lakin çox keçmədən ailəsi və kənd sakinləri şok vəziyyətə düşüblər. Şəhruz videomüraciət yollayaraq bildirib ki, hazırda Sankt-Peterburqda saxlanılır və yaxın zamanda müharibəyə göndəriləcək:

"Şəhruz nə ali təhsil alıb, nə də oxuma-yazma bacarığı var. İndiyədək heç vaxt Rusiyada olmayıb. Oxumağı-yazmağı bilmədiyinə görə qarşısına müharibəyə qatılmaq ilə bağlı sənəd qoyublar, yalandan deyiblər işə qəbul üçün kağızdır. Şəhruz da oxumadan imzalayıb".

Kənd sakini onu da qeyd etdi ki, Şəhruz Əliquluyev ailəlidir, 2 övladı var.

Hazırda o, rəsmi orqanlara müraciət edərək Azərbaycana geri qaytarılmasına yardım göstərilməsini istəyir.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər