Ağstafada quldurluq etməkdə və avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılıb
Avqustun 15-də Ağstafa Rayon Polis Şöbəsinə rayonun Poylu qəsəbəsindəki evlərdən birinə 4 nəfər maskalı naməlum şəxslərin qanunsuz olaraq daxil olması, ev sahibinin əl-qolunu bağlayaraq oradan ümumi dəyəri 15.000 manat olan müxtəlif qızıl-zinət əşyalarını quldurluq yolu ilə ələ keçirməsi barədə məlumat daxil olub.
Far.Az-nın yerli bürosu xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş, Qaradağ rayon sakinləri, Cəfər Babayev, Sadiq Məmmədov, Bərdə rayon sakini Rəşad Nuriyev və Ağstafa rayon sakini Röyal İsmayılov maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib.
Bundan başqa araşdırmalar zamanı şübhəli şəxslərin cinayəti törətdikdən sonra digər bir rayon sakininə məxsus “VAZ-2106” markalı avtomobili qaçırmaları da müəyyən edilib. Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
Zorakılıq qurbanlarını necə mühafizə edək? - ARAŞDIRMA
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib - YENİLƏNİB
Azad edilmiş ərazilərin bərpası: xarabalıqdan dirçəlişə doğru - Təhlil
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır
-
AFFA Region Liqasına yeni formatda start verilib
-
"İpək Yolu Sığorta" maliyyə vəziyyətini açıqlayıb
-
Qubada avtomobil aşıb, ölən və yaralılar var













