Göygöldə "KOB FEST" sərgi-satış yarmarkası keçiriləcək
Göygöl rayonunun Xan Yaylağında keçiriləcək 4-cü Milli Yaylaq Festivalı çərçivəsində "KOB FEST" sərgi-satış yarmarkası təşkil olunacaq.
BAKU.WS bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir.
Yarmarka 15-17 avqust tarixlərində fəaliyyət göstərəcək.
Sərgi-satış yarmarkasında məhsul və xidmətlərini təqdim etmək istəyən KOB subyektləri, yaradıcı şəxslər və sənətkarlar avqustun 12-dək Agentliyin saytındakı müvafiq formanı doldurmaqla müraciət edə bilərlər: https://smb.gov.az/az/contact-form/exhibition-form/1 ("İştirak etmək istədiyiniz tədbir" bölümündə "KOB FEST – Göygöl" qeyd olunmalıdır). Mikro və kiçik sahibkarların yarmarkada iştirak etməsi üçün ödəniş nəzərdə tutulmur.
"KOB FEST" sərgi-satış yarmarkasının məqsədi KOB subyektlərinin istehsal etdiyi məhsul və xidmətlərin geniş istehlakçı auditoriyasına tanıdılması və satışına dəstək olmaq, istehlakçıları KOB-ların məhsul və xidmətlərindən istifadəyə təşviq etməklə kiçik sahibkarların inkişafını dəstəkləməkdir. Yarmarka həmçinin, sənətkarların satış imkanlarını artırmağı, istehsalçıları və istehlakçıları bir platformada görüşdürməyi, KOB-lar və təchizatçı şirkətlər arasında işgüzar əlaqələrin qurulmasını hədəfləyir.
Oxşar xəbərlər
Masallıda “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək
Zaqatalada “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək
Bakıda keçiriləcək aqrar sərgilərdə KOB-lar üçün xüsusi stend qurulacaq
Bakıda hər həftə sonu “KOB bazar” adlı satış yarmarkası keçiriləcək
KOBİA "Caspian Oil and Gas" sərgisində KOB-lar üçün ayrıca stend quracaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Naxçıvanda idarəçilik modeli yenilənir
-
DÇ-2026: Cənubi Koreya Çexiya üzərində əzmkar qələbə qazanıb
-
9 nəfər işdən çıxarılıb, 31 nəfər məsuliyyətə cəlb edilib - TƏBİB
-
Azərbaycanda vergi borcları 3,3 milyard manatı keçib
-
TƏBİB: 31 əməkdaş intizam məsuliyyətinə cəlb edilib
-
Milli Məclis Qurtuluş günü ilə bağlı Prezidentə və Birinci vitse-prezidentə təbrik ünvanlayıb













