İşçinin əmək hüquqlarını pozan klinika cərimələnib
Gəncə şəhər "İstanbul Genetics Klinika" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işçinin əmək hüquqlarının pozulması faktı ilə bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılıb.
Baş Prokurorluqdan Far.Az-ə verilən xəbərə görə, araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (bağlanmadan) 1 nəfərin Gəncə şəhər "İstanbul Genetics Klinika" MMC-də həkim mama-ginekoloq vəzifəsində işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda MMC və MMC-nin direktoru Seyfəddin Miriyev barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatlar başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Gəncə-Daşkəsən Regional Şöbəsinə göndərilib.
Məhkəmənin qərarı ilə hüquqi şəxs 20.000 manat məbləğində və Dövlət Əmək Müfəttişliyi Xidmətinin müvafiq qərarı ilə MMC-nin vəzifəli şəxsi 4500 manat məbləğində inzibati cərimə edilib.
Oxşar xəbərlər
Hüquqlarını pozan şirkət 20 min manat cərimələnib
Yevlaxda işçilərin əmək hüquqlarını pozan hüquqi şəxs cərimələnib
Vətəndaşların əmək hüquqlarını pozan şəxs məsuliyyətə cəlb edilib
Masallıda əmək hüquqlarını pozan şirkət 20 min manat cərimələnib
Qazaxda əmək hüquqlarını pozan şirkət rəhbəri cərimələnib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib
-
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb













