ABŞ bombardmançı təyyarələri Rusiya sərhədi yaxınlığındakı Norveç bazasına çatıb
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus üç ədəd "B-1B Lancer" strateji bombardmançı təyyarəsi Norveçin Rusiya sərhədi yaxınlığında yerləşən Örland aviabazasına çatıb.
Far.Az "Report"a istinadən xəbər verir ki, bu barədə NATO-nun Müttəfiq Hava Komandanlığı (AIRCOM) rəsmi saytında məlumat yayıb.
"ABŞ Hərbi Hava Qüvvələrinin bombardmançıları Avropada təyyarələrin növbəti yerləşdirilməsində iştirak etmək üçün avqustun 9-da Texasdakı Dayss aviabazasından Norveçin Örland aviabazasına gəliblər", - bəyanatda deyilir.
"B-1B Lancer" ("Rockwell B-1 Lancer") ABŞ-nin ox formalı qanadları olan səsdən sürətli strateji bombardmançı təyyarəsidir. Təyyarə ötən əsrin 70-80-ci illərində "Rockwell International" şirkəti tərəfindən hazırlanıb. 27 iyul 1985-ci ildən ABŞ Hərbi Hava Qüvvələrinin arsenalındadır.
Oxşar xəbərlər
Müstəmləkəçi Norveç - “Etalon” dövlət yerli xalqların hüquqlarını necə pozur - ŞƏRH
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
ABŞ Avropaya növbəti strateji bombardmançı təyyarə göndərib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb













