Ukrayna Baş nazirinin müavini: SOCAR-ın vurulan obyektlərinin bərpasına dəstək verəcəyik
Ukrayna adından Azərbaycan dövlətinə və xalqına bir daha dərin təşəkkürümüzü çatdırmaq istəyirəm.
Far.Az xəbər verir ki, bunu report-a açıqlamasında, Ukrayna Baş nazirinin müavini Oleksiy Kuleba bildirib.
"Genişmiqyaslı işğal zamanı, eləcə də təcavüzkara qarşı apardığımız bu 11 illik mübarizə zamanı Ukraynaya daimi humanitar dəstək verənlər arasında Azərbaycan da olub. Buna görə xalqımız adından təşəkkür etmək istəyirəm. Demək istəyirəm ki, bu dəstək indi o qədər güclüdür ki, buna görə təəssüf ki, Ukraynada Azərbaycan kapitalı olan infrastruktur obyektləri Rusiyanın atəşindən əziyyət çəkir. Mən dostlarımızı və tərəfdaşlarımızı əmin etmək istəyirəm ki, biz gələcəkdə bu obyektlərin bərpasına və qorunmasına kömək etmək üçün əlimizdən gələni edəcəyik", - o bildirib.
"Çoxlu birgə layihələrimiz var. Ölkəmizin bərpasında Azərbaycan bizə kömək edir. Bizim Azərbaycan ilə Kiyev vilayətində sosial infrastrukturun bərpasına kömək edən gözəl layihələrimiz var. Bunlar eyni zamanda Ukraynanın şəhər və qəsəbələrində sosial komponentimizi yaxşılaşdırmağa yönəlib. Təbii ki, istilik mövsümünün başlamasına az qalmış bizim üçün çox vacib olan burgə böyük enerji layihələrini və Azərbaycan tərəfinin dəstək paketini qeyd etməyə bilmərəm. Ölkəmizdə qışı heç kim ləğv etməyib.
Bu, dördüncü belə qış olacaq ki bu ərəfədə istənilən kömək bizim üçün çox vacibdir. Əməkdaşlıqda qarşımızda duran vəzifələr son dərəcə yüksəkdir. Sizə bir daha təşəkkür edirəm", - baş nazirin müavini əlavə edib.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb













