23 il əvvəl Rusiyada birgə yaşadığı qadının atasını bıçaqladığı üçün HƏBS OLUNDU
Lənkəran Ağır Cinayətlər Məhkəməsi bu gün 1976-cı il təvəllüdlü Lənkəran rayon sakini Samir Hüseynov (ad və soyad şərtidir) barəsində hökm çıxarıb.
Təqsirləndirilən şəxs 2002-ci ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində törətdiyi qəsdən adam öldürmə cinayətinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə), 120.2.4 (xüsusi amansızlıqla) və 120.2.9-cu (köməksiz vəziyyətdə olan şəxsə qarşı) maddələri ilə təqsirli bilinib və 13 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Far.Az-in məlumatına görə, hadisə 2002-ci ilin oktyabr ayında Sankt-Peterburq şəhərində baş verib.
Təqsirləndirilən şəxs, faktiki nikah münasibətlərində olduğu rusiyalı qadının ailəsi ilə mübahisə zamanı sərxoş vəziyyətdə qayınatası Aleksey Fasiyi (1963-cü il təvəllüdlü) bıçaqla üç dəfə vurub. Zərərçəkmiş ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Məhkəmə qeyd edib ki, cinayət xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla və zərərçəkmişin köməksiz (ağır sərxoşluq) vəziyyətində törədilib.
Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bilməyib və iddia edib ki, hadisə özünümüdafiə nəticəsində baş verib. Lakin məhkəmə bu ifadəni qeyri-obyektiv hesab edib və sübutları nəzərə alaraq cinayət tərkibini tam təsdiqləyib. Zərərçəkmişin hüquqi varisi (arvad İlgiz Fasiy) mülki iddia qaldırmayıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Qaradağlı faciəsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub
Kürdəmirdə dəhşətli qətl: Biznesmen küçədə öldürüldü, oğlu isə... – TƏFƏRRÜAT
Ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Naxçıvanda idarəçilik modeli yenilənir
-
DÇ-2026: Cənubi Koreya Çexiya üzərində əzmkar qələbə qazanıb
-
9 nəfər işdən çıxarılıb, 31 nəfər məsuliyyətə cəlb edilib - TƏBİB
-
Azərbaycanda vergi borcları 3,3 milyard manatı keçib
-
TƏBİB: 31 əməkdaş intizam məsuliyyətinə cəlb edilib
-
Milli Məclis Qurtuluş günü ilə bağlı Prezidentə və Birinci vitse-prezidentə təbrik ünvanlayıb













