Sevgilisi ilə istirahətə gedən sahibkar sərxoş vəziyyətdə Xankəndidə saxlanıldı
Xankəndi şəhərinə istirahətə gedən sahibkar sevgilisi ilə birlikdə saxlanılıb.
Far.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində, axşam saatlarında baş verib. İmişli rayonundakı "Gəncə təndiri" mağazasının müdiri, rayon sakini, 1990-cı il təvəllüdlü Azər İsmayılzadə (ad və soyad şərtidir) sevgilisi ilə birlikdə Xankəndi şəhərinə istirahətə gedib. O, sevgilisi ilə birlikdə şəhər ərazisindəki restoranlardan birində şam yeməyi yeyib və hər iki şəxs həddindən artıq spirtli içki qəbul ediblər. Sahibkar və sevgilisi sərxoş vəziyyətdə restorandan çıxaraq şəhər ərazisində gəzməyə çıxıb. Bu vaxt onun sevgilisi küçədə oturaraq sərxoş vəziyyətdə qışqırıb səs-küy salmağa başlayıb. Qadın sərxoş olduğu üçün yeriyə bilməyib və yerə yıxılaraq qışqırmağa başlayıb. Bu zaman onun hərəkətlərinə əsəbləşən Azər İsmayılzadə də ərazidə səs-küy salıb.
Səs-küydən narahat olan həmin ərazidə yaşayan sakinlər polis əməkdaşlarına məlumat verib.
Hadisə yerinə gələn polis əməkdaşları hər iki şəxsi saxlayıb, polis şöbəsinə aparıb, onların barəsində inzibati protokol tərtib ediblər.
Xankəndi Şəhər Məhkəməsi işə xitam verib, hər iki şəxs sərbəst buraxılıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib
-
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb













