Tiktoker İlhamə Elşadqızına hökm oxundu
"TikTok"da əxlaqsızlığın təbliğinə qarşı keçirilən əməliyyatlarla bağlı həbs olunan şair İlhamə Elşadqızı barəsində olan cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Far.Az apa-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə sənədlər tədqiq olunub.
Sənədlərin tədqiqi zamanı təqsirləndirilən şəxsin saxlanılması, evində aparılan axtarışı əks etdirən videogörüntülər nümayiş olunub.
Daha sonra məhkəmə istintaqının yekunlaşdığı elan olunub.
Daha sonra dövlət ittihamçısı çıxış edib.
Prokuror təqsirləndirilən şəxsin 4 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini istəyib.
Təqsirləndirilən şəxsin vəkili cinayət işini əsassız adlandıraraq məhkəmədən müvəkkilinə bəraət verilməsini istəyib.
Təqsirləndirilən İlhamə Elşadqızı son sözündə ittihamları qəbul etmədiyini bildirib və məhkəmədən ona bəraət verilməsini xahiş edib.
Məhkəmə qərar qəbul etmək üçün müşavirə edib. Müşavirədən sonra hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən şəxs 3 il müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, İlhamə Elşadqızına Cinayət Məcəlləsinin 234.1-1 (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi üzrə ittiham irəli sürülüb.
"TikTok" əməliyyatları çərçivəsində aparıcı Azər Zahid , Abdullayev Emin və Rəşad qardaşları və digərləri saxlanılıb. Onların barəsində həbs qərarı çıxarılıb.
İlhamə Elşadqızı aparıcı Azər Zahid tərəfindən "TikToker"lərin iştirakı ilə təşkil olunan yarışmalarda iştirakçı olub.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Qaradağlı faciəsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub
Azərbaycanla Ruanda arasında sənədlər mübadilə olunub, prezidentlər mətbuata bəyanatlarla çıxış edib
Vardanyan Paşinyanın, ATƏT-in Minsk qrupu üzvlərinin və BQXK nümayəndələrinin dindirilməsini xahiş edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib
-
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb
-
Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır
-
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir













