Anar Eyvazov: Hərbi Memorial Məzarlıqda yenidənqurma işləri həyata keçirilib
Far.Az xəbər saytı

Anar Eyvazov: Hərbi Memorial Məzarlıqda yenidənqurma işləri həyata keçirilib


Hərbi Memorial Məzarlıqda yenidənqurma işləri həyata keçirilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, polkovnik Anar Eyvazov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, şəhid ailələri və onların xatirələri Prezident İlham Əliyevin, eləcə də Birinci Vitse-Prezident Mehriban Əliyevanın daim diqqətindədir:

"Konsitutisiya və Suverenlik ili çərçivəsində, eləcə də Vətən müharibəsinin 5-ci ildönümü ərəfəsində Ali Baş Komandanımızın göstərişinə uyğun olaraq Hərbi Memorial Məzarlıqda quruculuq, bərpa işləri həyata keçirilib. İkinci Qarabağ müharibəsi, antiterror əməliyyatı daxil olmaqla, eləcə də helikopter qəzasında şəhid olmuş hərbi qulluqçuların, vətənə xidmətdə fərqlənmiş zabitlərin və müxtəlif dövlət təltifləri ilə təltif edilən mülki şəxslərin dəfn olunduğu bu ərazilərin arasındakı daş hasar aradan qaldırılıb. Yenidənqurma işləri çərçivəsində 12 Milli qəhrəman, 11 Vətən müharibəsi qəhrəmanı, ümumilikdə 670 şəhidin dəfn olunduğu bu ərazilərdə şəhid ailələrin təklif və istəkləri nəzərə alınıb".

Nazirlik rəsmisi qeyd edib ki, ərazidə Vətən müharibəsini simvolizə edən 44 metrlik monumental abidə ucaldılıb:

"Vətən müharibəsində hər günü əks etdirən lövhələr ucaldılıb. İnanıram ki, buranı ziyarət edən hər bir vətəndaşımız şəhidlərin qəhrəmanlığını hiss edəcək və böyük irsimizi qəlbində saxlayacaq. Anım Günü ilə əlaqədar Müdafiə Nazirliyinin rəhbər heyəti Ulu Öndərin məzarını, Şəhidlər Xiyabanını, Zəfər parkını ziyarət edərək şəhidlərimizə hörmət və ehtiramlarını bildiriblər. Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid ailələrini, Şəhidlər Xiyabanını ziyarət edir, hərbi hissə və hərbi müəssisələrdə Anım Günü ilə əlaqədar kompleks tədbirlər həyata keçirilir. Ali Baş Komandanın göstərişi ilə Müdafiə Nazirliyi, Yasamal rayon İcra Hakimiyyəti, eləcə də Bakı Abadlıq Xidməti ilə qarşılıqlı həyata keçirilən kompleks yenidənqurma tədbirlər nəticəsində burada yenidənqurma işləri həyata keçirilib".

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Dövlət rəsmiləri Hərbi Memorial Məzarlığı ziyarət ediblər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bu gün Mehriban Əliyevanın doğum günüdür
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər